Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsinin IV kurs tələbəsi, 2021-ci ilin sentyabr ayında Azərbaycan çempionu kimi uğur qazanan Hüseyn Hüseynli 2021-ci ilin dekabr ayında Moskvada keçirilən Pauerliftinq və Bench Press  yarışlarında  Dünya çempionu olub və 4 Yeni Dünya rekorduna imza atıb.

 

Universitetdən bildirilib ki, UNEC tələbəsi Bench Press üzrə “Overall”, yəni “Mütləq ilk 3-lük” sahibi olub.

 

Qeyd edək ki, H.Hüseynli 2000-ci ildə anadan olub. Kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Hüseyn iştirak etdiyi yarışları qələbə ilə başa vurub. Müdafiə Nazirliyi və Daxili Qoşunlarının komandanlığı tərəfindən diplomlarla təltif edilib. 2020-ci il yanvar ayından Azərbaycan Respublikası Pauerliftinq İdman Federasiyasının üzvüdür.