Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərov Qazaxıstanın paytaxtı Nur-Sultanda qızıl medala layiq görülüb.


R.Əskərov Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiklərinə həsr olunmuş “Şərqin ulduzları” konfransı çərçivəsində Türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə xidmətlərinə görə “Əlişir Nəvai” qızıl medalı ilə mükafatlandırılıb.


Qeyd edək ki, R.Əskərov Abay Kunanbayev və Əlişir Nəvainin seçilmiş əsərlərini, “Kız Jibek” dastanını, Mağcan Cumabayın 2 əsərini Azərbaycan dilinə tərcümə edib.