UNEC İnklüziv Təhsil Mərkəzi, Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailələr və tələbələr arasında münasibətlər” mövzusunda psixoloqla silsilə görüşlər keçirilir.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, UNEC İnklüziv Təhsil Mərkəzi, Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində növbəti görüş maliyyə və mühasibat fakültəsində olub.

 

Görüşlərin keçirilməsinin məqsədi COVID-19 pandemiyası dövründə tələbələrdə yaranan psixoloji problemlərin aradan qaldırılması və ümumi psixoloji vəziyyətin yaxşılaşdırılması, ailələr və gənclər arasında yaranan problemlər, onların həlli yolları olub. Görüşdə Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin aparıcı mütəxəssisləri- Günel Axundova, Orhan Oğulcan Aydoğan və Rəna Quliyeva ailələrin gənclərin universitet və ixtisas seciminə təsirlərindən, eləcə də tələbə-valideyn, ailə-tələbə-karyera münasibətlərindən danışıblar. Tələbələrlə bu istiqamətdə müzakirələr aparılıb.