Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Zəfər Gününə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal yarışının qalibi olan komanda üzvləri ilə görüşüb.

 

Rektor Ə.Muradov komandanın üzvlərini və məşqçiləri qələbə münasibətilə təbrik edərək, onlara yeni-yeni uğurlar arzulayıb. Rektor bildirib ki, futzal yarışının Zəfər Gününə həsr olunması bu qələbənin mənəvi dəyərini daha da artırır. O, idman yarışlarının dünyanın aparıcı universitetlərinə qazandırdığı töhfələrin önəminə diqqət çəkərək, UNEC-də bu istiqamətdə işlərin uğurla aparıldığını bildirib. UNEC-in tədris binalarındakı müasir standartlara cavab verən idman zallarında tələbələrin idmanla məşğul olmaları üçün bütün şəraitin yaradıldığını deyib.

 

Sonra “İqtisadçı” idman klubunun müdiri Mahmud Mustafayev, məşqçilər Nazim Qaracayev, Rüfət Hüseynov və tələbələr yarışın yaddaqalan məqamlarından danışıblar.

 

Görüşün sonunda qaliblərə UNEC-in Fəxri fərmanları təqdim olunub.