2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər üçün yeniliklər var.

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

 

DİM-dən bildirilib ki, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.

 

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

 

Qeyd edək ki, qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.