“Kiçik akademiya” üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib.

 

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Görüşdə “Kiçik akademiya”nın fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, “Kiçik akademiya”lar istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərir.

 

Daha sonra ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”ların strukturu haqqında fikir mübadiləsi aparılıb, həmçinin görülmüş işlərin qısa hesabatı təqdim edilib.

 

Sonra “Kiçik akademiya” daxilində həyata keçirilən işlər haqqında məlumatların daha sistemli paylaşılması, eyni zamanda digər məktəblər tərəfindən izlənilməsi və təcrübə mübadiləsi məqsədilə yaradılan bakuka.az saytı təqdim olunub.

 

Sonda “Kiçik akademiya”ya üzv olan fəal şagirdlər araşdırma işləri ilə bağlı təqdimatlarla çıxış edib, akademiya rəhbərləri fikirlərini bildiriblə