Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubiley mərasimində aktiv iştirak edən "MEH" ədəbi dərnəyinin üzvləri universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tərəfindən təltif olunublar.

 

Təltifetmə mərasimində ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, "MEH" ədəbi dərnəyinin yaradıcısı, professor Mahirə Hüseynova da iştirak edib. Tələbələrə universitet rəhbərliyi adından Fəxri fərmanlar, simvolik yubiley hədiyyələri və nəşrlər təqdim olunub.

 

Prorektorlar tələbələri təbrik edərək, onların universitet və bütövlükdə təhsil ictimaiyyəti üçün mühüm tarixi hadisədə iştiraklarını yüksək qiymətləndirib.

 

Qeyd edək ki, 2019-cu ildən ADPU-da fəaliyyət göstərən "MEH" ədəbi dərnəyi bir çox tədbirlər həyata keçirib, üzvləri ictimai işlərdə daim fəallıq göstəriblər.  Dərnək üzvləri, həmçinin ADPU-nun 100 illik yubiley mərasiminin bədii hissəsində hazırladıqları kompozisiya ilə çıxış ediblər.