Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Şən və Hazırcavablar Klubunun təşkilatçılığı ilə “İncə-Sənət” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların hərtərəfli inkişafı baxımından TGT-nin bu cür təşəbbüslərini yüksək qiymətləndirib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra tələbələrin ifasında yumoristik səhnəciklər, flaşmoblar, müxtəlif musiqi parçaları və rəqslər təqdim edilib.