Bakıdakı 308 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami  Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Prezident İlham Əliyev tərəfindən cari ilin “Nizami Gəncəvi ili” elan edilməsinin mədəniyyətimizə  və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dəyərin təzahürü olduğu, dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Vurgulanıb ki,  Nizami Gəncəvi Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini yaradıb.

 

Tədbirin sonunda şagirdlərin ifasında Nizami Gəncəvinin müdrik kəlamları səsləndirilib.

 

Rəşad ZİYADOV