Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, gün ərzində ADU-nun hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir. Yanvarın 6-na olan nəticələrə görə, 1479 tələbə imtahan verib, toplanılan ən yuxarı bal 100, ən aşağı bal isə 53 olub. 

 

İmtahanlar fevralın 5-dək üç növbədə davam edəcək.