İsrailin ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Doron Pe’er Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Universitetin rektoru, professor İbrahim Cəfərov ADAU ilə İsrail universitetləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib.


Görüşdən sonra Doron Pe’er ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olub. Biotexnologiya mərkəzində olan qonaq burda qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçirib. Bildirilib ki, universitetin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.



Universitetlə tanışlıqdan sonra missiya rəhbərinin müavini ali təhsil müəssisəsinin tələbə evində müxtəlif ixtisaslardan olan bir qrup tələbə üçün mühazirə söyləyib.