Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir illik əlavə memar təhsili almış bir qrup rayon memarına diplomlar təqdim olunub.

 

Universitetdən bildirilib ki, Memarlıq ixtisası üzrə əlavə təhsil proqramını bitirən 20 nəfər, əsasən Gəncə, Gədəbəy, Goranboy, Kürdəmir, Ağcabədi, Şabran, Şuşa, Xocavənd, Füzuli, Qubadlı  və digər rayonlardandır. Onlardan başqa, 11 nəfər də 2 illik  təhsilini universitetdə davam etdirir.

 

Qeyd edək ki,  Təhsil Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2019-cu il tarixli məktublarına əsasən, Azərbaycanın inzibati rayonlarının  mütəxəssisləri AzMİU-da bakalavr səviyyəsində Memarlıq ixtisası üzrə 1 illik təhsil alır.