20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə UNEC Kitabxana-İnformasiya Mərkəzi 20 Yanvar hadisələrini əks etdirən virtual kitab sərgisi və fotostend hazırlayıb.

 

Azərbaycan Dövlətİqtisad Universitetinin (UNEC)  bütün  tədris  binalarının  kitabxanasında  20  Yanvara  həsr  edilmiş  kitab  sərgiləri,  fotolardan  ibarət  guşələr yaradılıb. 

 

Sərgidə güşələrlə yaxından maraqlanan tələbələrə 20 Yanvar hadisələri barədə məlumat verilir.

 

UNEC-in e-kitabxanasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgidə isə həmin hadisələr barədə tarixi gerçəkləri əks etdirən azərbaycan, rus, ingilis dilində kitablar haqqında məlumatlar nümayiş olunur.