Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov,  şöbə müdiri, dosent Zaur İmrani və digərlərinin həmmüəllifliyi ilə  ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb.

 

İnstitutdan bildirilib ki, dərslik 10 hissədən ibarət olub, coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, Günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi, təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.