Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yunanıstanın Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Universitetdən bildirilib ki, qonaqlar UFAZ-ın tədris və laboratoriya binaları ilə tanış olublar. Onlara universitetin şəraiti və tədris prosesi haqqında məlumat verilib.

 

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfəri ADNSU və Qərbi Makedoniya Universitetinin Horizon-2020 proqramı üzrə əməkdaşlığı çərçivəsində baş tutub. ADNSU bu beynəlxalq layihədə tərəfdaş kimi iştirak edir.