Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “5 səhv” adlı təlim keçirilib.

 

Rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev təlimin tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələri tədbirdə fəal iştirak etməyə çağırıb.

 

Təlimdə Dövlət Məşğulluq Agentliyinin Peşə yönümü şöbəsinin rəhbəri Toğrul Ələkbərov çıxış edərək, əmək bazarının tələblərinə uyğun iş imkanlarını dəyərləndirmək, həmçinin şəxsi bacarıqlarını inkişaf etdirmək mövzusunda gənclərlə öz təcrübəsini bölüşüb və karyera inkişafında ən çox yol verilən səhvlərdən danışıb.

 

Qeyd edək ki, ADNSU və Dövlət Məşğulluq Agentliyinin müntəzəm olaraq keçirəcəyi təlimlərin əsas məqsədi gənclərin fərdi və karyera inkişafına kömək etmək, əmək bazarının  tələblərinə uyğun şəxsi inkişaflarına dəstək verməkdir