Azərbaycan Tibb Universitetinin (ATU) İdman Kompleksində Gənclər Gününə həsr edilmiş şahmat yarışı keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan yarışda ATU-nun müxtəlif fakültələrindən qızlar və oğlanlardan ibarət 24 tələbə öz gücünü sınayıb. Yarış dairəvi sistemlə keçirildiyinə görə, qaliblər 7 nəfərlə yarışaraq finala yüksəliblər. Zaur Balayev 1-ci, Cəmil Abışov 2-ci, Elvin Namazlı isə 3-cü yeri əldə edib.

 

Yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar. 

 

Qeyd edək ki,  yarışın qalibləri “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında martın 5-6-da keçiriləcək şahmat yarışında iştirak etmək üçün lisenziya da qazanıblar.