Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestri başlayıb.

 

Universitetdən bildirilib ki, bakalavriat və magistratura səviyyələrində dərslərin əksəriyyəti əyani, az qismi isə onlayn olmaqla hibrid formada təşkil ediləcək. Hazırlanmış dərs cədvəlləri tələbələrin şəxsi kabinetlərinə, eyni zamanda kafedraların elan lövhələrinə yerləşdirilib.

 

BMU-da COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin şərtlərinə ciddi şəkildə əməl olunması üçün zəruri tədbirlər davam etdirilir. Universitetin bütün binalarında elektron termometr, spirt əsaslı əl dezinfeskiyaedici məhsullar mövcuddur. Bununla yanaşı,  dərs otaqlarında fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına nəzarət həyata keçirilir.