Azərbaycan Dövlət Aqrar Universitetində sonuncu kursda təhsil alan tələbələr üçün təlim baş tutub.


Dövlət Məşğulluq Agentliyinin Karyera planlama şöbəsinin müdiri Toğrul Ələkbər, aparıcı mütəxəssis Əli Qurbanlı və 6 saylı ərazi məşğulluq filialının müdiri Rafət Məmmədov müxtəlif fakültələrdə təhsil alan sonuncu kurs tələbələrinə təlim keçib.
 

Təlimin məqsədi tələbələrlə karyera planlaması, onlara əmək bazarının tələb və təklifləri, müraciət əsasında qarşıya çıxan problemlər və gələcək karyeraları üçün özünü inkişaf metodları barədə məlumat vermək olub.