Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının ildönümü münasibəti ilə fləşmob keçirilib. Təxminən 160 nəfərdən çox tələbənin iştirak etdiyi fləşmob universitetdə fəaliyyət göstərən ADPU Könüllüləri Təşkilatı  və “Meh” ədəbi dərnəyi tərəfindən təşkil olunub. İştirakçılar Xocalı faciəsinin 30-cu ildönümünü anmaq məqsədilə universitetin həyətində "Xocalı 30" yazısını canlandırıblar.