Bakı Dövlət Universiteti (BDU) ilə Macarıstanın Eötvös Loránd Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və Eötvös Loránd Universitetinin  rektoru László Borhy imza atıb.

 

Əməkdaşlıq müqaviləsində birgə elmi tədqiqat, konfrans, təhsil proqramları, təlimlərin təşkili, tədqiqatçı, tələbə və müəllim heyətinin mübadiləsi nəzərdə tutulur.

 

Qeyd edək ki, əsası 1635-ci ildə qoyulmuş Eötvös Loránd Universiteti Macarıstanın ən qədim universitetidir. Hazırda Eötvös Loránd Universitetində 24600-dən çox  tələbə təhsil alır. Universitet nüfuzlu “Times Higher Education” 2022-ci il beynəlxalq reytinq cədvəlində 601-ci sırada yer alır. Sözügedən universitetdə  38 bakalavriat, 96 magistr və 118 doktorant proqramı üzrə kadr hazırlığı həyata keçirilir.