Bakı Mühəndislik Universitetində (BMU) “SABAH Magistratura” layihəsi çərçivəsində Kibertəhlükəsizlik ixtisası üzrə təhsil alan magistr tələbələrin ilk attestasiyaları keçirilib.

 

Attestasiyada Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri vəzifəsini icra edən Amil Babayev, Kibertəhlükəsizlik ixtisasının proqram rəhbəri  Günay Əbdiyeva-Əliyeva, Magistratura şöbəsinin baş mütəxəssisi Zahid İdriszadə, həmçinin kafedra əməkdaşları iştirak ediblər.

 

Tələbələr seçdikləri mövzu, elmi rəhbərləri və apardıqları araşdırmalar haqqında geniş məlumat veriblər. Magistrlərin bu günə qədər gördükləri işlər qənaətbəxş hesab olunub, onlara müvafiq tövsiyə və tapşırıqlar verilib.  

 

Qeyd edək ki, BMU-da Kibertəhlükəsizlik ixtisası “SABAH Magistratura” layihəsi çərçivəsində tədris olunmaqdadır. Əsas məqsəd kibertəhlükəsizliyin daha çox ehtiyac duyulan sahələrində müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun,  beynəlxalq rəqabətə davamlı peşəkar kadrlar yetişdirməkdir. Tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək də layihənin əsas hədəfləri sırasındadır.