Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əmək haqları artırılıb. Bu haqda universitetin Elmi Şurasında qərar qəbul edilib.

 

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb. Təkliflərə əsasən, Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.

 

Qərara əsasən, universitetdə həmçinin, saathesabı dərs deyən personalın maaşı da orta hesabla 37,5 % artırılıb.