Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibəti ilə “Firudin bəy Köçərli adına Adlı təqaüd” təsis edilib.

 

Universitetdən bildirilib ki, bu təqaüd hər il ADPU-ya ən yüksək balla qəbul olunan tələbəyə 1 il müddətində veriləcək.

 

Qeyd edək ki, hazırda ADPU-da hər biri 204 manat  dəyərində olan 11 adlı təqaüd var.