Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsinin təqdimatı ilə əlaqədar Gəncə Dövlər Universitetində olub.

           

Səfir və nümayəndə heyəti əvvəlcə ali məktəbin foyesində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan universitet əməkdaşlarının şəkillərindən ibarət guşə ilə tanış olub.

 

Layihənin təqdimat mərasimində universitet rektorunun baş müşaviri Asif Cavadov çıxış edərək ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.

           

Təqdimatda İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov Avropa İttifaqı ilə universitet əməkdaşlığının əhəmiyyətindən danışıb, əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.

           

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko kiçik və orta biznesin, həmçinin ağıllı şəhər və kənd layihələrinin Azərbaycana böyük səmərə verəcəyini diqqətə çatdırıb.

 

Layihənin təqdimatından sonra Peter Mixalko və nümayəndə heyəti  yaxın vaxtlarda universitetdə açılacaq Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzində görülən işlərlə tanış olub.

           

Sonda Avropa İttifaqının səfiri ilə tələbələrin görüşü keçirilib.