Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin təcrübəsinin təşkili istiqamətində vacib addımlar atılır. Ümumtəhsil məktəbləri ilə yanaşı, “Landau School”, “Hədəf” liseyi, Azərbaycan-Britaniya məktəbi kimi özəl və beynəlxalq müəssisələrdə də tələbələrin pedaqoji təcrübə keçməsinə və karyera imkanlarını artırmalarına  şərait yaradılır.

 

Bu ildən başlayaraq, alqoritmika təlimlərinə cəlb olunan 166 tələbənin təcrübəsi alqoritmika sinifləri olan məktəblərdə, 67 könüllü tələbənin təcrübəsi isə pedaqoji internatura əsasında ucqar rayonlarda təşkil olunur.

 

Bu barədə ADPU-dan bildirilib.