Azərbaycan Texnologiya Universitetində müəllimlər üçün “Rəqəmsal hekayədanışma” mövzusunda təlimlərə start verilib.

 

Beş gün davam edəcək təlimlər Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “El-Gücü” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təlimçi qismində Bakı Amerika Mərkəzinin mütəxəssisi Ehtiram Məmmədov çıxış edir.


İştirakçılar hər gün 3 saat ərzində dünya təhsil sahəsində innovativ və effektiv hesab edilən “Rəqəmsal hekayədanışma” texnologiyasına dair vacib məlumatlar əldə edirlər.


Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.