Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan universitetləri arasında ilk olan “Kiber klub”un açılış mərasimi keçirilib. Klubun yaradıcıları BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbələridir.

 

Rəhbəri Əli Əsgərli olan “Kiber klub”un idarə heyətinin üzvləri Tapdıq Məhərrəmli, Elza Qurbanova, Rüstəm Həbibullayev və Hüseyn Qəmbərovdur. Klubun yaradılmasında məqsəd kibertəhlükəsizlik sahəsində tədris alan tələbələr  arasında effektiv bilik və təcrübə mübadiləsini təmin etmək, ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.