Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada universitet rəhbərliyi, fakültələrin əməkdaşları, tələbələr iştirak ediblər.

 

BDU-nun “Tələbə evi”nin həyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış 500-dək müxtəlif cinsli ağac əkilib.

 

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir. 

                                                      

...

 

BDU-nun “Gənc istedadlar” liseyində də ağacəkmə aksiyası təşkil olunub. Liseyin şagird və müəllimlərinin iştirak etdiyi  aksiya zamanı 70-dək müxtəlif cinsli ağac əkilib.

 

Qeyd edək ki, “Gənc istedadlar” liseyində mütəmadi olaraq çoxsaylı ekoloji layihələr həyata keçirilir, məktəblilərin ekoloji tərbiyəsi daim diqqət mərkəzində saxlanılır.