Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında görkəmli Macarıstan alimi, türkoloq, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Xəzainin şəxsi kitab kolleksiyası mövcuddur.

 

Kolleksiyaya “Nazim Hikmət: bütün əsərləri”, “İslam Ensiklopediyası”, “Atatürk Araşdırma Mərkəzinin jurnalı”, “Türkiyənin siyasi müqavilələr tarixi izahları ilə” (İsmail Soysal), “Köhnə Anadolu türkcəsində şəkilçilər” (Doç.Dr. Gürer Gülsevin), “Poeziya və xalq dilində atalar sözləri və deyimlər” (E.Kemal Eyüboğlu), “Müstəqillik müharibəsində Qərb cəbhəsi necə quruldu”(Rahmi Apak) və digər kitablar daxildir.

 

Tanınmış alimin şəxsi kolleksiyası tarix, arxeologiya, siyasət, mədəniyyət, ədəbiyyat, incəsənət, biologiya, həmçinin bir sıra digər elm sahələrini əhatə edən nəşrlərdən ibarətdir. Kolleksiyada müxtəlif mövzularda türkologiyaya aid nəşrlər də yer alır.

 

MEK-in Şərq Ədəbiyyatı fondunda saxlanılan kolleksiyaya daxil olan 1948 nüsxədən 1268 nüsxəsi türk, 680 nüsxəsi isə Avropa dillərindədir.