Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Almaniya Xarici İşlər Nazirliyi, Goethe İnstitutu və digər tərəfdaşların 2021-ci il Mədəniyyət və Təhsil Təşkilatlarına

 

Beynəlxalq Yardım Fondu tərəfindən maliyyələşdirilən “Mədəni Üfüqlər” incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təlim proqramı çərçivəsində “Rəmzlərin izi ilə” kompüter bilim oyunu-video araşdırma layihəsinin təqdimatı keçirilib. Layihənin məsləhətçisi, mentor Cahangir Səlimxanov, layihə rəhbəri Günel Seyidəhmədli, dizayner&DEV Ağababa Bağırovdur.

 

Təqdimat mərasimində tanınmış qonaqlar, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

 

ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitet olaraq milli-mədəni irsimizin təbliğini həyata keçirən belə bir layihəyə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.

 

Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov isə deyib ki, mədəniyyətimiz, incəsənətimiz və tariximiz haqqında məlumatları dövrün tələbinə uyğun olaraq gənclərə video oyun vasitəsiylə çatdırmaq layihənin əsas məqsədi və ideyasıdır.

 

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli layihə haqqında geniş məlumat verib. Qeyd edib ki, bu layihədə əsas məqsəd Azərbaycanın milli-mədəni irsinə sahib çıxaraq, tariximizi gənclər arasında təbliğ etməkdir. O, layihənin bütün yaş kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu bildirib.

 

Dizayner & DEV Ağababa Bağırov “Rəmzlərin izi ilə” kompüter bilim oyunu-video araşdırma layihəsi haqqında geniş məlumat verib və ilkin mərhələnin “Həyat ağacı” adlandırıldığını vurğulayıb.

 

Sonra sözügedən layihə təqdim olunub.