Baki Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Qəhrəman Kazımlı təhsilini hazırda İspaniyanın Madrid şəhərindəki Alkala Universitetində davam etdirir.

 

O, Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində bir semester həmin ali məktəbdə təhsil almaq hüququ qazanıb. Təəssüratlarını bölüşən Qəhrəman Kazımlı bunu təhsilindəki uğurlu addım hesab edir: “ Belə şansı bizə yaratdığı üçün başda rektorumuz Elmar Qasımov olmaqla, universitetimizin Erasmus şöbəsinə və əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Bunun  həm sosial həyatımda, həm fərdi inkişafımda vacib rol oynadığına inanıram.  Burada müxtəlif ölkələrdən insanlarla tanış olmuşam, onları ölkəmiz haqqında məlumatlandırmağa çalışmışam və bunu davam etdirəcəm. Eyni zamanda, özüm müxtəlif xalqların mədəniyyətləri ilə tanış oluram. Əsas məqsədim Azərbaycanı layiqincə təmsil edib, buradakı  insanlara tanıtmaqdır”.