Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Murad Abasovun konserti keçirilib.

 

"Şopen musiqi axşamı" adlı konsertdə istedadlı pianoçu M.Abasovun ifasında romantizm dövrünün görkəmli bəstəkarlarından olan Friderik Şopenin əsrarəngiz musiqisi dinləyicələrə xoş ovqat bəxş edib.

 

Konsert proqramında F.Şopenin "Ballada" op.23 N.1 g moll, Prelüdlər N.22 g moll, N.23 F dur, N.24 d moll, Etüdlər op.10 N.1 C dur, N.6 es moll, N.12 c moll, Sonata N.2 op.35, Vals Es dur əsərləri gənc ifaçı tərəfindən xüsusi peşəkarlıqla ifa olunub.

 

Qeyd edək ki, "Şopen musiqi axşamı" adlı konsert Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.