Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

 

Hazırda araşdırmalar davam etdirilir.