Təhsildə ən mühüm faktor


Təlim  zamanı müəllimlərlə daha çox ünsiyyət saxlayan tələbələr özlərini   psixoloji cəhətdən daha yaxşı  hiss edir və böyük müvəffəqiyyətlərə nail olurlar.   Amerika universitetlərinin 70 min məzunu arasında keçirilmiş sorğunun  (Gallup-Purdue Index) nəticələri bunu deməyə əsas verir. 

 

Tədqiqatçılar  ali məktəbdə təhsil zamanı yaşanan həyəcanların “böyük altılığ”ını  müəyyən ediblər.  Onlardan 3-ü müəllimlərlə ünsiyyətə  aiddir: “Ali məktəbdə oxuduğum vaxt məni daim ruhlandıran müəllimim vardı”,   “Mənimlə şəxsiyyət kimi davranan  müəllimim var idi”,  “Məni daim ürəkləndirən və hədəflərə nail olmağa tələsdirən mentorum var idi”.  Nəticələr  müəllimləri ilə sıx əlaqədə olan məzunların  karyeralarında, şəxsi və sosial həyatda  daha çox uğur qazana biləcəklərini göstərib.

 

Ünsiyyətdən başqa, ən əhəmiyyətli 6 universitet fəallığına eyni layihə  üzərində  bir semestrdən daha çox iş təcrübəsi,  stajkeçmə və ya tədrisdə qazanılan nəzəri biliklərin tətbiqinə yönəlik  iş,  yaradıcı və ictimai fəaliyyət sahəsində aktivlik də daxildir.

 

Qallop-Perdyu indeksi,   2014-cü ildən Perdyu Universiteti və Qellop Fondu tərəfindən keçirilən ali təhsilin nəticələrinin ölçülməsidir.   Tədqiqat    belə bir fərziyyəyə əsaslanır ki, ali məktəblərin işinin məhsuldarlığının ən yaxşı göstəricisi onların məzunlarının istər karyerada, istərsə də şəxsi həyatda qazandığı müvəffəqiyyətlərdir.

 

 

 

 

Bölmənin digər xəbərləri