BMT-nin İnkişaf Proqramının (UNDP) layihə eksperti Don Taylor, Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və baş mütəxəssisi Fariz Qarayev ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib.

 

Görüşdə UNDP tərəfindən Azərbaycanda həyata keçirilən “Bölgələrdə davamlı turizmin inkişafına dəstək” layihəsi haqqında məlumat verilib, layihə çərçivəsində MDU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb, turizm sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib.