Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) rəhbərliyi arasında görüş keçirilib.

 

Universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, bütün sektorlarda olduğu kimi, heyvandarlıq sahəsində də müasir və innovativ texnologiya öz sözünü deyir. Rektor universitetin qida mühəndisliyi fakültəsinə qəbul göstəricisinin son illər artan dinamikasını da əsas gətirərək, qarşılıqlı əməkdaşlığın məhsuldar və perspektivli olacağına ümid etdiyini bildirib.  

 

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən danışıb. Müzakirələr zamanı mütəxəssis mübadiləsi, UTECA tələbələrinin ETİ-də müvafiq təcrübə imkanları, birgə laboratoriyanın qurulması, fermerlərin, eləcə də heyvandarlıq müəssisələrinin  texnoloji tələbləri və digər məsələlərdən danışılıb. 

 

Görüşün sonunda UTECA ilə Heyvanlarlıq ETİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə UTECA-nın rektoru, professor Akif Süleymanov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev imza atıb.

 

Daha sonra ETİ-nin nümayəndə heyəti qida mühəndisliyi fakültəsi və laboratoriyaları ilə tanış olub.