28-29 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfrans keçiriləcək.

 

Konfrans İqtisadiyyat, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, digər nüfuzlu qurumların birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində baş tutacaq.

 

Konfransın açılışında təhsil naziri Emin Əmrullayev,  rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, UNEC rektoru, professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev çıxış edəcəklər.

 

Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, post-pandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə, gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri  kimi əsas mövzular müzakirə olunacaq.

 

Konfransın saytına daxil olmaq üçün http://de-conf.unec.edu.az linkinə keçid etmək mümkündür.