Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-da başa çatacaq.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 25 aprel saat 10:00-a olan məlumata əsasən 35830 (Azərbaycan bölməsi - 34848; rus bölməsi - 982) abituriyent ərizəsini təsdiq edib.

 

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan  tanış olmaq mümkündür.