Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibəti ilə seminar təşkil olunub.

 

"ADPU Könüllüləri" Tələbə Birliyinin təşkil etdiyi seminarda universitetin ibtidai təhsil fakültəsinin dekanı, tanınmış təhsil tədqiqatçısı, professor Fərrux Rüstəmov tələbələrə İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən bəhs edib, Seminariyanın milli təhsil tariximizdə buraxdığı izlər və təhsilin təşkili barəsində tələbələrlə geniş müzakirə aparıb.

 

50-yə yaxın tələbənin iştirak etdiyi tədbirdə professor  F. Rüstəmov tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.