Aprelin 30-da Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən (9 illik) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

        

Mayın 1-də isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı, Yevlax rayonlarında, eləcə də Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, 131 nömrəli tam orta məktəbdə və tədrisi ingilis, fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün keçiriləcək.

 

DİM-dən bildirilib ki, şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə  Adobe Reader  quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.