Təhsil nazirinin müşaviri Nicat Məmmədli Bakı Dövlət Universitetində (BDU) “Sosial elmlərdə tədqiqat və elmmetriya” adlı ustad dərsi keçib.

 
BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sosiologiya və politologiya kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda çıxış edən Nicat Məmmədli alimlərin yerli və xarici jurnallarda məqalə çapının artırılmasının zəruriliyini qeyd edib, düzgün jurnalların seçilməsi və çapa təqdimi ilə bağlı tövsiyələrini çatdırıb.

 
Bildirib ki, elmin və texnologiyanın inkişaf etdiyi, elmi kommunikasiyanın həyatımızın mühüm hissəsinə çevrildiyi bir dövrdə elmi jurnalların “Google Scholar”, “Web of Science” və ya “Scopus” beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsi  vacibdir.

 
Seminarda  “Scopus” və “Web of Science” kimi beynəlxalq platformalardan istifadə imkanları müzakirə edilib.
 

N.Məmmədli elmi məqalənin dataya əsaslanmaması, metodologiyadan düzgün istifadə edilməməsi və akademik yazı qaydalarına riayət edilməməsinin tədqiqatların keyfiyyətinə təsir göstərən amillərdən olduğunu diqqətə çatdırıb. Metrik bazalarda indeksləşmə prosesinə diqqət çəkən məruzəçi fərdi profillərin olmaması, institusional bağlılıq kimi problemlərə də aydınlıq gətirib.
 

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.