Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 280 nəfərədək əməkdaş və tələbənin ödənişsiz olaraq ingilis dili bacarıqlarının qiymətləndirilməsi prosesinə başlanılıb.

 

Universitetdən bildirilib ki, imtahana müraciət edənlərin  B1 və B2 səviyyələrinin qarşığından ibarət kağızəsaslı yazılı ilkin pre-test imtahanı təşkil olunub.

 

ADPU-nun əsas binasında Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən təşkil olunan imtahanlarda 190 nəfər, filiallarında isə 90 nəfərədək namizəd iştirak edib.

 

Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin İngilis dili üzrə proqramının mütəxəssisi Nancy Ackles, universitetin filologiya fakültəsinin dekan müavini Könül Həsənova, ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva, müdir müavini Günay Alıyeva, mərkəzin əməkdaşları Mirvari Qasımova, Yasəmən Babayeva  və Bənövşə Əsgərovanın daxil olduğu Müsabiqə Komissiyası tərəfindən hazırlanıb  və koordinasiya olunur.

 

Pre-testdə mümkün 100 baldan 71 və daha çox bal  toplayan şəxslər ikinci mərhələdə Xarici Dillər Mərkəzinin əməkdaşlarından ibarət  Müsabiqə Komissiyasında şifahi imtahanlarda  iştirak edəcəklər. Hər iki mərhələdən uğurla keçmiş şəxslər müvafiq istiqamətverici təlimlərdən sonra İELTS imtahanlarında iştirak edəcəklər.

 

Həmçinin, hər iki mərhələni keçməmiş şəxslər üçün uzunmüddətli onlayn ingilis dili kurslarının təşkili nəzərdə tutulub.