Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyuna start verilib.

 

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Nemət İbayev ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara etimad göstərdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirərək, bu siyasətin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

İntellektual oyunun  əhəmiyyətinə toxunan N.İbayev yarışın tələbələrin müxtəlif fənnlərə marağının artırılmasına, həmçinin həmin fənnlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş olunmasına şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini söyləyib.

 

Sonra yarışa  start verilib. 7 komanda 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə aparıblar. Nəticələrə əsasən, tarix və coğrafiya fakültəsinin komandası birinci, iqtisadiyyat və idarəetmə fakültəsinin komandası ikinci, filologiya fakültəsinin komandası isə üçüncü olub.