10 may saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Heydər Əliyev və təhsil: dünəndən bugünə”  mövzusunda növbəti buraxılışı yayımlanacaq.

 

Proqramın budəfəki qonağı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovdur.

 

Qeyd edək ki, onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.