“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş Bakı şəhəri 2 nömrəli Texniki - Humanitar Liseydə keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı oftalmoloq, tibb elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, şair Paşa Qəlbinur olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq,  məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.               

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

 

Görüşü, həmçinin Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı da işıqlandıracaq.