Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ixtisasartırma fakültəsinin məzunlarına sertifikatlar verilib.

 

AzMİU-dan bildirilib ki, İnşaat mühəndisliyi ixtisası üzrə fakültədə təhsil alan PMD Projects şirkətinin 7 əməkdaşı 3 aylıq kursları uğurla bitirib.

       

Sertifikatları universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, ixtisasartırma fakültəsinin dekanı Cəmilə İmaməliyeva, inşaat fakültəsinin dekanı Sahib Fərzəliyev təqdim edib.

       

Şirkətin Keyfiyyətə nəzarət Departamentinin rəhbəri Rüstəm Heydərov, İnsan resursları Departamentinin rəhbəri Rizvan Nəbiyev və əməkdaşı Lalə Cəlilzadə kursların uğurlu təşkili, keyfiyyətli təhsil üçün universitet rəhbərliyinə, müəllimlərə təşəkkür ediblər.