Riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb. 


Belə ki, riyaziyyat, fizika və biologiya üzrə aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. 

 

İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50 faizi 5 qızıl medalçı, 8 gümüş medalçı , 13 bürünc medalçı olmaqla qalib elan edilib. 

 

Yekun nəticələrlə olimpiada.edu.az saytından tanış ola bilərsiniz. 

 

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.