Bakıdakı 39 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun 70 illiyinə həsr olunmuş  “Vətən sağ olsun” adlı tədbir keçirilib. Azərbaycan dili müəllimi Dilarə Cəfərovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə VIII və V sinif şagirdləri Milli Qəhrəmanın keçdiyi döyüş yolu haqqında təqdimat edib. Daha sonra Şahlar Şükürovun həyatını əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edənlər Vətən üçün canını qurban vermış, bu yolda öz qanları ilə adlarını şəhidlik zirvəsinə ucaltmış igidlərin həyat yolunu, fədakarlıqlarını gənclərə nümunə göstərib, onların vətənpərvərlikləri ilə hər zaman qürur duyduqlarını deyiblər.   

 

Şəhidin ailəsi adından Milli Qəhrəmanın qardaşı, Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar həkim Malik Şükürov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Sonda rejissor Tofiq Teymuroğlunun Milli Qəhrəmana həsr etdiyi “Ondan məktub var” qisametrajlı filmi nümayiş olunub.

 

Rəşad ZİYADOV