Bakı Ali Neft Məktəbinin (BANM) 16 komandası Türkiyənin ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan “Teknofest”də final mərhələsinə yüksəlib. BANM təmsilçiləri 8 müsabiqə üzrə finala çıxıblar.

 

“Yaşıl texnologiyalar” müsabiqəsi üzrə 8 komanda, “Aqrar texnologiyalar” üzrə 2 komanda, “Bakuskills” üzrə 1, “Robototexnika” üzrə 1, “Sosial yönümlü texnologiyalar” üzrə 1, “Pilotsuz uçuş aparatları” üzrə 1,  “Cansat” üzrə 1, “Planer” üzrə 1 komanda “Teknofest”in final mərhələsində mübarizə aparacaq.

 

Qeyd edək ki, BANM-ın “Həkəri” komandası “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” üzrə, “Oğuz” komandası isə “Robototexnika” və “Planer” üzrə 2 müsabiqədə finala vəsiqə qazanıb.            

 

“Yaşıl texnologiyalar” üzrə final mərhələsinə yüksələn 10 komandadan 8-i BANM-ı təmsil edir. Bu göstərici ali məktəblər arasında yalnız BANM-a aiddir.

 

Bu barədə ali məktəbdən bildirilib.